Bazar , 28 Aprel 2024
Drone Cameras

Fəxri konsulluq və 1 saylı Sumi gimnaziyası birgə təhsil layihəsi hazırlayır

Bu gün Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Sumı şəhər 1 nömrəli gimnaziyaya maarifləndirici layihənin təşkili üçün lazımi avadanlıqlar gətizdirib.


Boyukmillet.com xəbər verir ki, yeni plazma panel və multimedia cihazları sayəsində artıq Sumı və Bakı gimnaziyalarının şagirdləri arasında onlayn konfranslar keçirmək mümkün olacaq.

Gimnaziyanın direktoru, Ukraynanın Təhsil əlaçısı Larisa Simonenko müasir texnologiyanın geniş imkanlar açdığını vurğulayıb.

“Müəssisəmizdə uşaqların hərtərəfli inkişafı üçün çalışırıq.Qüsursuz təhsildə təcrübə mübadiləsi və ünsiyyət həmişə faydalıdır, ona görə də bu hədiyyəyə və birgə layihəyə görə Fəxri Konsulluğa ürəkdən təşəkkür edirik”, – deyə Larisa Simonenko bildirib.

Fəxri konsul vurğulayıb ki, təhsil layihəsinin həyata keçirilməsi ukraynalı tələbələrin Azərbaycanın mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olmasına kömək edəcək.

“Biz ümid edirik ki, payızda əyani təhsil başlayacaq və uşaqlar Azərbaycan Respublikasının Bakı şəhərindən olan həmyaşıdları ilə ünsiyyət qura biləcəklər. Həmçinin layihə çərçivəsində Azərbaycana səfər etmək imkanı olacaq. Bizim təşəbbüsümüz uşaqların ünsiyyət qurması, yeni bir şey öyrənməsi, xarici dil biliklərini təkmilləşdirməsidir. Həmçinin gələn il yay tətili zamanı bu layihədə yüksək nailiyyətlər göstərən Sumı məktəbliləri Azərbaycanın tarixi-mədəni mərkəzi Şuşa şəhərinə səfər edəcəklər”, – deyə Əfqan Salmanov bildirib.

Ayna Fərhad

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …