Cümə , 19 Aprel 2024
Drone Cameras

Fəzail Ağamalının qızının bağçasında dəhşət: uşağın ayağı belə sındı – VİDEO

Bakının bir neçə guşəsində “Buta” adında özəl uşaq bağçası var.Üzü də,içi də bəzəkdir.


Amma…Bəzəkli bağçanın “təzək” işləri də var imiş.Məsələn,keçən il sentyabrında ölkə mediasının gündəmini Türkiyə vətəndaşı Abdurrahman Kumaşla “Buta” bağçasının direktoru Günay Ağamalı arasındakı qalmaqal zəbt etmişdi.A.Kumaş 7 yaşlı daum sindromlu uşağının deputat qızının bağçasında təzyiqə məruz qaldığını iddia edirdi.Xatırladaq ki,adı çəkilən Günay xanım illərin deputatı Fəzail Ağamalının qızı,həmçinin millət vəkilinin sədri olduğu Ana Vətən Partiyasının humanitar işlər və kommunikasiya üzrə müşaviri,Ana Vətən Partiyası Qadınlar Şurasının sədri,”Buta” Xüsusi Qayğı İctimai Birliyinin sədri və “Buta” bağçalarının təsisçisi,rəhbəridir.

Abdurrahman bəy bildirmişdi ki,2014-cü il təvəllüdlü qızı 2021-ci ilin iyun ayından sentyabrın 14-dək “Buta” bağçasının müəllimləri tərəfindən döyülüb,
nəzarətsizlikdən yıxılıb, üstünə qışqırıblar, saatlarla tualetdə oturdub qorxudublar.Türk vətəndaş deyib: “müəllimləri sınaq müddəti adı ilə işə götürüb hər 15 gündən bir çıxarırsınız. Ona görə də nəticə belə olur. Cədvəldə yemək saatı 17:45 göstərsə də, qızım saat 5-də evə göndərilir…Siz yəqin vəzifədə olan kiməsə güvənib belə rahat danışırsız. Amma mən deyirəm ki, bu ölkənin qayda-qanunları var”…Bu məsələnin polis araşdırması ilə necə yekunlaşdığını bilmədik.Yəqin yazımızdan sonra məlumat verərlər.İndi isə bu bağça barədə yeni bir şikayəti bildirmək istəyirik.
Boyukmillet.com saytının redaksiyasına müraciət edib dərdini danışan Mehriban adlı xanım da Günay Ağamalı və kollektivindən haray çəkir.

Balasının fotosunu da təqdim edib.Bağça işçilərini uşağına xəsarət yetirərək ayağını sındırdığını iddia edir.Yəqin ki,şikayətçi qadın bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.Ümid edirik ki, ədalət keşikçiləri deputat Fəzail Ağamalı faktorundan çəkinməyərək obyektiv araşdırma aparacaqlar.Biz isə öz tərəfimizdən qarşı tərəfindən mövqeyini əks etdirməyə hazırıq.Əslində buna cəhd etdik.Günay Ağamalıya zəng vurub danışdıq.Amma nədənsə sonradan məsələyə aydınlıq gətirməkdən yayındı.

Sima Babayeva

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …