yaradılmasıdır. Səfirlik xüsusi mühafizə olunan dövlət zonasıdır. Görüntülərdən də aydın olur ki, cinayəti törədən şəxs əvvəlcədən planlaşdırılmış ssenari üzrə binaya daxil olub. Əgər bura avtomat silahla asanlıqla daxil olmaq mümkündürsə, ortaya bir çox suallar çıxır.
Necə olur ki, İran öz “qan qardaşı” Ermənistanın səfirliyini göz bəbəyi kimi qoruyur, erməni diplomatlarının həyatını öz təhlükəsizliyi hesab edir, ancaq Azərbaycanın dövlət yurisdiksayasına aid diplomatik binanın mühafizəsinə dırnaqarası yanaşır?
Həm Azərbaycan səfirliyinin qanlı hücumlara açıq qalması, həm də Tehran rejiminin terror hadisəsi barədə yayındırıcı açıqlamalar verməsi açıq-aşkar erməni dəyirmanına su tökməkdir, erməni terrorizminin geniş əl-qol açmasına imkan verməkdir. Bu, Farsizmin simasının göstəricisidir.
Əgər diplomatik nümayəndəlik belə hücuma məruz qalırsa, onda İranın xüsusi himayə etdiyi erməni cəlladları Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı hər an ağır qətllər törədə bilər.
Hesab edirəm ki, Azərbaycan türklərini qoruya bilməyən və erməni ilə işbirliyində olan Farsizmdən soydaşlarımızı qorumaq üçün beynəlxalq səviyyədə təhlükəsizlik tələb etməliyik.
Bu terror zamanı həlak olmuş mühafizə xidmətinin rəisi Orxan Əsgərov Azərbaycanın cəsur və qorxmaz övladı kimi Şəhidlik Zirvəsinə ucaldı.
Həlak olmuş qəhrəmanımızın ailəsinə baş sağlığı verir, Allahdan səbr, yaralıların tezliklə sağalmasını diləyirəm.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki