Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib 

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib.

Boyukmillet.com xəbər verir ki, Orxan Əsgərov sabah ll Şəhidlər Xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …