Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Fevralda 6 000-ə yaxın əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə bağlı müraciət edib

Ötən ay 5875 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevral ayında DMX-yə daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı 481 müraciət daxil olub.

Eyni zamanda müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 849 müraciət daxil olub.

Bundan başqa, dövlət qurumu 2026-cı ilin fevral ayında miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1572 qərar qəbul edib.

Check Also

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəridən yola düşdü

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” …