Cümə , 19 Aprel 2024
Drone Cameras

FHN: “Alpinistlərin axtarışına ağır texnikanın cəlb edilməsi mümkün deyil”

Fövqəladə Hallar Nazilriyinin (FHN) itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilir ki, son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Qurum qar örtüyünün qalınlığının 1-1,5 metrə çatdığını deyir. Qeyd edilir ki, qar uçqunlarının olduğu yerlərdə qar qatının qalınlığı 8-12 metrə qədərdir.

“Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib”.

Axtarışa qoşulan bəzi könüllülər bir neçə gün öncə bəyanat yayaraq, axtarışın səmərəliliyini artırmaq üçün təkliflərini səsləndirmişdilər. Onlar axtarış aparılan məkana 5 ekskavator gətirilməsini təklif etmişdilər.

Bundan başqa, könüllülər axtarış məkanında gecələmək üçün çadırlar, yuxu tulumları, matlar, 5 böyük həcmli generator, istilik sobaları, yemək bişirmə və su qızdırma avadanlıqların gətirilməsi zəruriliyini vurğulamış, bildirmişdilər ki, qərargah axtarış yerinə yaxın məsafəyə köçürülməli, xüsusi detektorlardan istifadə edilməlidir.

 

Boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir