Bazar , 30 İyun 2024
Drone Cameras

FHN: Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb 

Fövqəladə Hallar Nazirliyi ölkənin cənubunda baş vermiş zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmadığını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 28.06.2024-cü il tarixində yerli vaxtla saat 07:43-də Lerik seysmik stansiyasından 27 km şərqdə, Lerik rayonunda 18 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücünə qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, – məlumatda diqqətə çatdırılıb.

Check Also

İsmayıllının Qoydan kənd sakinlərinin təxliyəsinə başlanılıb

İsmayıllı rayonunun Qoydan kəndində torpaq sürüşməsi nəticəsində sakinlərin təxliyəsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, sakinlərin …