Bazar , 11 Yanvar 2026
Drone Cameras

Finlandiya Kiyevdəki səfirliyinin əməkdaşlarını Lvova köçürür

Finlandiya təhlükəsizlik səbəbi ilə Kiyevdəki səfirliyindən işçilərini Lvova köçürür.

Boyukmillet.com xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Finlandiya Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi əsasında Kiyevdəki səfirlikdə işləmək üçün təyin olunmuş əməkdaşların müvəqqəti olaraq Kiyevdən Lvova köçürülməsinə qərar verib”, – məlumatda deyilir.

Xatırladaq ki, bundan əvvəl Finlandiya artıq Ukrayna paytaxtında çalışan diplomatların sayını azaldıb.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …