Cümə axşamı , 13 Mart 2025
Drone Cameras

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şəxs ziyanı tam ödəyib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub, Çingiz Mehdiyev iş üzrə dəymiş ziyanı tam ödəyib.

Prokuror yenidən çıxış edərək Çingiz Mehdiyevin ziyanı ödəməsinin də nəzərə alınmasını və ona 3 il sınaq müddəti seçilməklə şərti cəza verilməsini təklif edib.

Proses martın 17-ə qədər təxirə salınıb.

Xatırladaq ki, ötən prosesdə prokuror çıxış edərək Çingiz Mehdiyevin üç il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Check Also

Gürcüstanda narkotikə görə 23 nəfər saxlanılıb, aralarında Azərbaycan vətəndaşı da var

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) son dövrdə həyata keçirilən genişmiqyaslı operativ tədbirlər və istintaq hərəkətləri …