Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Əfqanıstan səfiri: “Asiyanın ürəyi” konfransının Bakıda keçirilməsi təşəbbüsünə görə Azərbaycana minnətdarıq”

“Azərbaycanın “Asiyanın ürəyi” prosesində (İstanbul prosesi) mühüm rolu bu ölkənin Əfqanıstanda sülh və sabitliyin bərqərar olması məsələsinə sadiqliyinin tam aydın göstəricisidir”.

“Report” xəbər verir ki, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili 2017-ci ildə bu proses çərçivəsində Azərbaycanın həmsədr olması və gələn il Bakıda nazirlər səviyyəsində konfransın keçirilməsi qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, iki ölkə arasında regional problemlər və məsələlər üzrə qarşılıqlı anlaşma mövcuddur və bununla əlaqədar rəsmi Bakı və Kabul problemləri həll etmək üçün güclərini birləşdirir.

“Azərbaycan hökumətinə həmsədrlik təşəbbüsünə və 2017-ci ildə “Asiyanın ürəyi” konfransına ev sahibliyi etmək qərarına görə, minnətdarıq”, – səfir bildirib.

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir