Şənbə , 21 İyun 2025
Drone Cameras

Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik”

“Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıg Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və uzun müddətli tənzimlənməsində səylərini davam etdirəcəyinə əmin ola bilərsiniz”.

Boyukmillet.com “Panorama.am”ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana göndərdiyi təbrik məktubunda bildirib.

E.Makron N.Paşinyanı dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində rəhbərlik etdiyi siyasi blokun qələbə qazanması münasibətilə təbrik edib.

Fransa Prezidenti Ermənistana yardımı davam etdirəcəklərini də bildirib.

Qeyd edək ki, dekabrın 9-da Ermənistan parlamentinə növbədənkənar seçkilər keçilirib.

Check Also

İsrail İrandakı hərbi obyektlərə yeni silsilə zərbələr endirib

İsrail ordusu İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başladığını elan edib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir