Çərşənbə , 8 May 2024
Drone Cameras

Fransanın atdığı addım Qərbin bizimlə diplomatik təzyiq dilində danışmaq cəhdindən başqa bir şey deyil – yazıçı jurnalist

Bu sözləri mediaya verdiyi açıqlamada Qərbi Azərbaycan icmasının Ankara təmsilçiliyi mətbuat xidmətinin rəhbəri, jurnalist Oktay Hacımusalı deyib. Oktay Hacımusalı bildirib ki, Fransa bütün beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq Azərbaycanla və eyni zamanda bütövlükdə Türk dünyası ilə təzyiq dilində danışmağa cəhd edir. Onun sözlərinə görə hər zaman ermənipərəst mövqeyi ilə seçilən Fransanın bu addımı əslində gözlənilən idi: “Dünyada artıq yeni dəngələr formalaşır. Heç şübhəsiz ki, bu dəngələri formalaşdıracaq güc isə regional aktor olaraq bizim əlimizdədir. İllərdir yaratdıqları və arxasında dayandıqları erməni mifi şanlı Azərbaycan ordusu və Ali Baş komandanımız tərəfindən yerlə yeksan edildi. Bundan sonra artıq diplomatik savaş başlamalı idi və Fransa da bu savaşda ilk gülləni atan tərəf oldu. Nə qədər bizimlə təzyiq, hədə, təhdid dilində danışmağa cəhd etsələr belə, bütün cəhdləri boşuna gedəcək. Çünki biz necə hərb meydanında düşmənin belini qırdıqsa, eyni şəkildə diplomatik savaşda da düşmənə eyni cavabı verməyə hazırıq. Hər bir Türk, hər bir müsəlman bu müharibədə aktiv şəkildə iştirak etməlidirlər və əli əsrlərlə dünyanın ən müxtəlif regionlarında dinç əhalinin qanına bulaşmış Fransanın və Fransanın ardınca gəlmək istəyən digər qərb dövlətlərinə lazımi cavabı verməlidirlər. Ən əsası sosial mediada yayılan əsassız informasiyalara inanmamalıdırlar. Biz hamımız bilirik ki, bu informasiyaları düşmənin təbliğat maşını yaradır və yaymağa cəhd göstərir. Qısacası, hər birimiz Vətən müharibəsi dövründə necə həmrəylik nümayiş etdirmişdiksə, eyni şəkildə həmrəylik nümayiş etdirməli və düşmənə gərəkli cavabı verməliyik”.

Check Also

İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü başlayıb. Bu barədə “Report”un əməkdaşı xəbər …