Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

FTX dələduzluqla məşğul olan beynəlxalq “çağrı mərkəzləri” şəbəkəsinin 11 üzvünü saxlayıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Kanada, Braziliya, Hindistan və Yaponiya vətəndaşlarına qarşı investisiya sövdələşmələri adı altında dələduzluqla məşğul olan beynəlxalq “çağrı mərkəzləri” şəbəkəsinin Rusiya “bölməsinin” rəhbərlərinin və əməkdaşlarının saxlanıldığını bildirib.

Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Rusiya Federal Təhlükəsizlik Xidməti hazırda Londonda gizlənən Gürcüstanın keçmiş müdafiə naziri və “Milton Group” şirkətinin təsisçisi David Kezeraşvilinin maraqları naminə fəaliyyət göstərən beynəlxalq “çağrı mərkəzləri” şəbəkəsinin qanunsuz fəaliyyətinin qarşısını alıb”, – qurumdan bildirilib.

Xüsusi xidmət orqanının məlumatına görə, çağrı mərkəzləri Aİ, Britaniya, Kanada, Braziliya, Hindistan, Yaponiya və digər ölkələrin vətəndaşlarına qarşı investisiya sövdələşmələri adı altında kütləvi dələduzluqla məşğul olan beynəlxalq mütəşəkkil cinayətkar qrupun tərkibinə daxil olub.

Qurumun qiymətləndirməsinə görə, 50-dən çox ölkə ərazisində yaşayan təxminən 100 min insan fırıldaqçıların fəaliyyətindən zərər çəkib.

“Qanunazidd fəaliyyətdən gəlirlər gündə 1 milyon dollara çatıb”, – İctimaiyyətlə Əlaqələr Mərkəzi əlavə edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya ərazisində fəaliyyət göstərən çağrı mərkəzlərinin rəhbərləri müəyyən edilib: İsrail və Ukrayna vətəndaşı Keselman saxlanılıb, İsrail və Gürcüstan vətəndaşı olan Todva isə axtarışa verilib.

FTX, həmçinin bildirib ki, 2022-ci ildə Keselman və Todva Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə Moskva, Kursk, Bryansk və Belqorodun kritik infrastruktur obyektlərində planlaşdırılan terror aktları barədə anonim məlumatların yayılmasını təşkil ediblər.

Check Also

Türkiyə Suriyada terrorçulara qarşı əməliyyata başlayıb, çoxlu sayda texnika məhv edilib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada terrorçulara qarşı əməliyyata başlayıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər …