Cümə , 19 Aprel 2024
Drone Cameras

Fuad Muradov haqqında dövlət qurumlarına şok şikayət.

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradovla bağlı Azərbaycan Respublikasının dövlət qurumlarına rəsmi şikayət göndərib. Azərbaycan Respublikası Hesablama Paltasının Sədri Vüqar Gülməmmədova, Prezident Adminstrasiyanın Rəhbəri Samir Nuriyevə və Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin rəsi Nazim Rəcəbova ünvanlanmış rəsmi məktubda aşağıdakılar qeyd edilib.

Boyukmillet.com müraciəti olduğu kimi təqdim edir.

“İlk öncə Sizi, Ukrayna Qarapapaq Türkləri Milli Şurası adından salamlayıram və Sizə
işlərinizdə uğurlar arzu edirəm.

Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsini Sədri Fuad Muradovun, adıçəkilən Dövlət Komitəsinə 2018-ci ildən rəhbərliyi döründə, həmin dövlət qurumunda ciddi maliyyə pozuntularının və cinayətlərinin olmasına, dövlət büdcəsindən Komitənin maliyələşdirilməsinə və xarici ölkələrdəki Azərbaycanlıların diaspora təşkilatlarının, Fuad Muradavun təşəbbüsü ilə yardılmış ölkələr üzrə Koordinasiya Şuralarının və İnteqrasiya Mərkəzlərinin, həmçinin digər ictimai birliklərin fəaliyyətinin maliyələşdirilməsi üçün müəyyən edilmiş büdcə vəsaitlərinin təyinatı üzrə xərclənmədiyinə, saxta sənədlərlə həmin maliyyə vəsaitlərinin, Sədr Fuad Muradovun, Komitənin və digər diaspora qurumlarının rəsmi nümayəndələri tərəfindən şəxsi məqsədlər üçün mənimsənildiyinə əsaslı şübhələr yaranmışdır.

Azərbaycan Respublikası dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılmış büdcə vəsaitlərinin xaricdəki diaspora təşkilatlarının fəaliyyətləri, Koordinasiya Şuralarının yaradılması, tədbirlərinin keçirilməsi, Azərbaycan Respublikasının milli maraqlarına xidmət edən tədbirlərinin reallaşması üçün xərclənməsi zamanı Fuad Muradovun birbaşa müdaxiləsi ilə qeyri-şəffaf sərfetməyə yol verilmiş, büdcə vəsaitləri təyinatı üzrə xərclənməmişdir. Sözün açığı Azərbaycan Respublikasının maliyyə vəsaitləri talanmışdır.
Faktlar budur ki, Azrbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, xaricdəki Azərbaycan diasporlarının gücləndirilməsi, dəstəklənməsiilə bağlı Fuad Muradova verdiyi göstəriş və tövsiyyələr yerinə yetirilməmiş, əslində saya salınmamış, diasporaların gücləndirilməsi, tədbirlərin keçirilməsi, Xocalı qətliamının tanıdılması ilə bağlı tədbirlər imitasiya edilmiş, hər hansı beynəlxalq mətbuatda işiqlandırılmamış, maliyələşdirilməsi üçün nəzrdə tutlmuş büdcə vəsaitləri isə mənimsənilmişdir.

Diaspora fəaliyyəti üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsi mexanizmi heç bir halda sənədləşdirilməmiş, müxtəlif saxta maliyyə sənədləri tərtib edilmiş, həmin vəsaitlərin xarici ölkələrə transfer edilməsi zamanı qeyri-qanuni, qeyri-şəffaf, diaspora təşkilatlarının da mövcud olduğu ölkələrin qanunverciliyinə zidd yollar və vastələrlə həyata keçirilmişdir. Fakt odur ki, xaricdəki Azərbaycan diasporalarının fəaliyyətinin gücləndirilməsi, dəstəklənməsi və müxtəlif tədbirlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası Hökümətinə təqdim edilən açıq və məxfi hesabatlarda göstərilmiş fəaliyyət əslində həyata keçirilməmiş, imtiasiya edilən fəaliyyət saxta faklarla təqdim edilmiş, hesabatlarda göstərilmiş pafoslu nəticələr isə əslində mövcud deyil və həqiqəti əks etdirmir. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xarici təşkilatlar üçün ayrılan büdcə vəsaitləri qeyri-şəfaf və qeyri-qanuni mexanizm vasitəsiylə mənimsənilmiş və sonradan Fuad Muradova çatmışdır.

Sizdən xahiş edirəm ki, yuxarıda yazdıqlarımı nəzərə alaraq, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə fəaliyyətini, xarcidəki diaspora təşkilatları üçün ayırdığı büdcə vəsaitlərinin sərf edilməsini və bu sərfiyyatın sənədləşdirilməsini, maliyyənin transferi, yerində xərclənməsi, həmçinin bir çox ölkələrdə Azərbaycanlıların Koordinasiya Şuralarının, İnteqrasiya Mərkəzlərinin yardılması zamanı maliyyə vəsaitlrəinin transferi, sərf edilməsi və sərfiyyat zamanı sənədləşdirilməsi ilə bağlı xüsusi yoxlama aparılmasına sərəncam versəiniz.”

P.S. Diasporla İş Üzrə Dövlət Komitəsinin mövqeyini dərc etməyə hazırıq.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …