Cümə , 22 Noyabr 2024
Drone Cameras

Füzuli Beynəlxalq hava limanının açılışı İrana mesajdır” – Sabir Rüstəmxanlı

“Zəngəzur həhlizinin açılışı Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir etməklə yanaşı, Ermənistanı da sıxıntıdan çıxaracaq”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışını və eyni zamanda Zəngəzur dəhlizinin təməlinin qoyulmasını dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı İnterpress.az-a açıqlamasında deyib.

Deputat qeyd edib ki, Füzuli Beynəlxalq hava limanın açılması Azərbaycanın tarixində çox mühüm və ciddi bir hadisədir:

“Bu, Qarabağ Savaşından sonra ölkəmizin müharibədə əldə olunan nəticələri möhkəmləndirməsi istiqamətində atdığı addımların real nümunəsidir. Bu gün təkcə Füzuli deyil, Zəngilan və Laçında da hava limanlarının tikintisi iqtisadi əhəmiyyətlə yanaşı, siyasi faydaları da var. Çünki hələ sülh müqaviləsi imzalanmayıb, Ermənistan tərəfinin yeni savaş çağırışları var. Ona görə də Azərbaycan hər cəhətdən hazırlıqlı və möhkəm olmalıdır. Sözügedən ərazilərin dağlıq zona olduğunu nəzərə alsaq, hər cür müdaxilənin qarşısını almağa hazır olmalıyıq.

Ümumilikdə Füzuli Beynəlxalq hava limanın açılışı  8 ay ərzində atılan ilk addımlardan biridir. Bu hava limanının tikintisi ölkəmizin iradəsini və müharibədən sonrakı vəziyyətin əbədi olaraq dəyişilməzliyini nümayiş etdirir. Məlumdur ki, Qarabağ Savaşında Türkiyə Azərbaycana daim mənəvi dəstək olub və müharibənin nəticəsinə həlledici təsir göstərib. Bu fonda Füzuli Beynəlxalq hava limanının açılışında Türkiyə prezidenti Ərdoğanın iştirakı birliyimizin bariz nümunəsidir. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin getdikcə daha çox möhkəmləndiyini göstərir”.

Bugünkü tarixi hadisələrin qonşu ölkələrin  Azərbaycanla münasibətinə də mümkün təsirlərinə toxunan Sabir Rüstəmxanlıya görə, bu proses Cənubi Qafqazda müsbət hadisələrə yol aça bilər:

“Füzuli Beynəlxalq hava limanının açılışı cənub qonşumuz İrana bir mesajdır. Qeyd edim ki,  Rusiya və beynəlxalq aləm Cənubi Qafqazdakı münaqişə ocağının sönməsini istəyir. Ona görə də Rudiyanın ölkəmizə qarşı mövqeyi ardıcıldır. Putinin sonuncu çıxışı bir daha göstərir ki, onların geri addım atmaq niyyəti yoxdur və Minsk Qrupuna heç bir ehtiyac qalmayıb. Hesab edirəm ki, yaxın zamanlarda Rusiyanın dəstəyi ilə Zəngəzur dəhlizi tikilməlidir və bu, olacaq. Dəhlizin açılışı Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir etməklə yanaşı, Ermənistanı da sıxıntıdan çıxaracaq. Çünki  Ermənistan Azərbaycan üzərindən Rusiya və Mərkəzi Asiyaya bağlanır. Bir sözlə, mövcud vəziyyətdə tarixi proseslər baş verir”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …