Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisinə 1,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncama görə, Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Check Also

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 …