Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Füzulidə Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb – FOTO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazi­sin­də yerlə­şən sərhəd zastavasının xidməti sahəsində dövlət sər­hədi­nin pozulması əlamətləri aşkar edilib, sərhəd zastavası “Silaha” koman­dasına qaldırılaraq ərazi qapadılıb.

DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonu­nun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən 2 ədəd bağla­manı götürərək “Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıblar.

Avtomobil sürücüsünün Moskva şəhər sakini 1977-ci il təvəllüdlü Vəliyev Hüseyn Vəlixan oğlu və sərnişinin Hacıqabul şəhər sakini 1976-cı il təvəl­lüd­lü Məmiyev Teymur Adil oğlu olmaları müəyyən­ləş­diril­ib, onların götürdükləri bağlamalara keçirilən baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8200 qram marixuana, 4200 qram heroin, 2100 qram metamfetamin) və 690 ədəd “Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …