Şənbə , 22 Mart 2025
Drone Cameras

Gədəbəydə qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyini və Fövqəladə Hallar Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.

Qeyd olunub ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun  və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.

Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilib.

Check Also

Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. …