Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Gəncədə 3 piyadanı avtomobil vurub, birinin vəziyyəti ağırdır

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü E.Rzayev, 2002-ci il təvəllüdlü P.Musayev və 2003-cü il təvəllüdlü P.Məmmədovu avtomobil vurub.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Ağır xəsarət alan 2002-ci il təvəllüdlü E.Rzayev cərrahiyyə əməliyyatı olub, vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, E.Rzayev Gəncə şəhərində fəaliyyət göstərən universitetlərin birinin tələbəsidir. Faktla bağlı araşdırma aparılır.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …