Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Gəncədə güclü külək: bəzi evlərin dam örtüyü dağılıb, elektrik verilməsi dayandırılıb

Gəncədə güclü külək əsir, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Məlumata görə, axşam saatlarından güclü külək əsməyə başlayıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Bəzi fərdi evlərin dam örtüyü qismən dağılıb, pəncərələri sınıb.

Güclü külək şəhərdə havanın tozlanmasına da səbəb olub. Bu səbəbdən nəqliyyatın hərəkətində də qismən çətinlik yaranıb.

Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir/Report.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …