Cümə , 26 Aprel 2024
Drone Cameras

Gəncədə sakinlərin problemləri yerində araşdırılır

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb. Şəhərin Bağbanlar adlanan ərazisində baş tutan görüşdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə vətəndaşlar onları narahat edən məsələləri dilə gətiriblər. Sakinlər Təbriz küçəsində fəaliyyət göstərən və piyada yolunu zəbt edən “Çay evi” barədə müvafiq tədbirin görülməsini, Gəncəvi küçəsinin döngələrinin asfaltlanaraq, burada müasir küçə işıqlanması sistemlərinin qurulmasını, ərazidə olan zibil tutumlarının sayının artırılmasını, 1 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusların daha rahat ictimai nəqliyyat vasitələri ilə əvəzlənməsini xahiş ediblər. Qeyd olunanlarla yanaşı sakinlər yaşadıqları küçələrdə su xəttlərinin və kanalizasiya sistemlərinin yenilənməsini xahiş ediblər. Müraciət edənlər arasında fərdi yaşayış evinə yeni telefon xəttinin çəkilməsində köməkliyin göstərilməsini istəyən də olub.

Sakinlərə məlumat verilib ki, Gəncənin su təsərrüfatı və kanalizasiya sistemlərinin yenilənməsini həfədləyən layihənin icrası davam edir. Küçələrin asfatlanması prosesi də bu layihəyə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Həmçinin o da bildirilib ki, Gəncənin avtobus təsərrüfatının yenilənməsi məsələsi gündəmdədir və bu istiqamətdə iş aparılır.

Görüşdə sakinlərin fərdi müraciətləri də dinlənilib, bir çox məsələ yerində araşdırılıb və öz həllini tapıb. Sakinləri narahat edən problemlərin qısa zamanda həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verilib

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …