Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Gəncədə Zəfər forumu keçirilir

Gəncə şəhərində Prezident Administrasiyasının dəstəyi, Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər forumu keçirilir.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Müdafiə Nazirliyinin nümayəndələri, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak edirlər.

Forum iştirakçıları əvvəlcə Gəncə Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Gəncə Dövlət Filarmoniyasında Zəfər forumu işə başlayıb.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev tədbir zamanı əsgərə məktub yazıb. O, məktubunda Azərbaycan əsgərləri ilə qurur duyduğunu, fəxr etdiyini vurğulayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk də Azərbaycan əsgərinə məktub yazıblar.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …