Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Goranboyda avtomobillər toqquşub, ölən var

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Goran-Borsunlu yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq xəsarət alan 1972-ci il təvəllüdlü Kənan Kərimov dünyasını dəyişib. Digər yaralının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …