Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Goranboyda gənc oğlanın minaya düşməsinin təfərrüatı məlum olub

Goranboyda gənc oğlanın minaya düşməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Tap Qaraqoyunlu kənd sakini, 26 yaşlı Vüqar Maqsud oğlu Məmmədov İncəçayı keçən zaman minaya düşüb. Ağır yaralanan V.Məmmədov sürünərək həmin ərazidən uzaqlaşıb və mobil telefonundan yaxınlarına zəng edərək kömək istəyib.

Yaxınları onun olduğu yerə gedib və  Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Zərərçəkmişin sol ayağı dizdən amputasiya olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …