Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Goranboyda yanğın olub, ölən və yaralanan var

Goranboy rayonunun Kürəkçay qəsəbəsində (Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 20 km aralı) ümumi sahəsi 525 m² olan birmərtəbəli çoxmənzilli fin tipli yaşayış evində (arakəsmələri, tavanı və döşəməsi taxta konstruksiyalardan ibarət) ayrı-ayrı vətəndaşlara məxsus 5 mənzilin yanar konstruksiyaları və dam örtüyü 249 m² sahədə yanıb.

Boyukmillet.com FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzil sahiblərindən biri, 1974-cü il təvəllüdlü Verdiyev Altay Paşa oğlunun yanmış meyiti aşkar edilib və aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarətləri alıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …