Cümə , 26 Aprel 2024
Drone Cameras

Görün, xalqımızı Milli Məclisdə kim təmsil edir

1996-cı il fevralın 26-da əslən avar olan (Balakən rayonundan) Milli Məclisin deputatı Əli Ansuxski evinin qarşısında qətlə yetirilir.

Rayonda ciddi nüfuzu olan Ə.Ansuxskinin ölümündən sonra Balakən rayonunda cinayətkar dəstə şəklində formalaşan “Məhəməliyevlər ailəsi” daha da aktivləşir. Belə ki, 1996-cı ilin ortalarında Milli Məclisin indiki deputatı Nəsib Məhəməliyev Balakən Rayon İcra Hakimiyyətinin qarşısında cibindən tapança çıxararaq, bir neçə güllə atır. O, 1 ay Balakən rayon polis idarəsində kamerada yatır. Bundan sonra rüşvət hesabına onun cinayət işini Oğuz rayon prokurorluğuna köçürüb işə xitam verirlər.

N.Məhəməliyevin qardaşı Yusif Məhəməliyev barəsində 1999-cu il oktyabrın 26-da Balakən Rayon Prokurorluğunda “1055” nömrəli cinayət işi açılır. Ancaq Avropa Şurasının 50 illiyi münasibətilə Milli Məclisin 10 dekabr 1999-cu il qərarı ilə amnistiyaya düşərək azadlığa çıxır.

N.Məhəməliyevin qardaşı, rayonda böyük cinayətkar dəstə saxlayan Yusif Məhəməliyev Qarabağ əlillərini, qadınları döyür, rayonda yanacağı talayır, fındıq sahələrini və sahibkarları döyərək onların torpaq sahələrini əllərindən alır. Onun əhali ilə davasını “Balakən” TV-nin əməkdaşı Telman Dibirov kameraya çəkir. T.Dibirov onun təhdid və təkliflərinə reaksiya vermir və bundan qısa müddət sonra – 1999-cu il avqust ayında vəhşicəsinə qətlə yetirilir. Bu cinayət işini “yerli icra hakimiyyət orqanlarının mənafelərinə zidd informasiyalar ictimailəşdirdiyini görə” qiymətləndirilir.

İnsanları cinayətdə suçlayan, özü isə xırtdəyə qədər zibilin içində olan N.Məhəməliyev haqqında araşdırmalarımzı davam edir. Görün, xalqımızı Milli Məclisdə kim təmsil edir.

“Mənim öyrəndiyim milli tarix və Balakən reallığı” adlı bu kitabda Milli Məclisin deputatı Nəsib Məhəməliyev və onun qardaşı Yusif Məhəməliyevin cinayətlərindən bəhs edilir. Bu kitabı əldə edib mütləq oxuyun…

Samir Feyruzov

Check Also

MÖHSÜM QƏDİROĞLU: KİŞİLİK KARVANININ, SƏRRAF SARVANI!!

Ayaq tutdun, sən güc aldın Göyçədən,Göyçə səndən borc gözləyir qardaşım.Elə çalış, elə yaşa, vuruş ki,İnciməsin, …