Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Göyçayda güclü külək yanğınlara səbəb oldu

Güclü külək Göyçayda bir sıra fəsadlar törədib.

Rayonda hektarlarla bağ, bir neçə tövlə yanıb.

Boyukmillet.com xəbər verir ki günorta saatlarından əsməyə başlayan külək sonradan güclənib. Qısa vaxt ərzində bir neçə kənddə yanğın baş verib. Yanğınların söndürülməsi üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın hadisələrinin baş verdiyi yerlərə həmçinin FHN-in İsmayıllı Dövlət yanğından mühafizə hissəsinin də texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınlar rayonun Ləkçıplaq, Yalman, Şəhadət, Qarayazı və Cəyirli kəndlərində baş verib. Nəticədə hektarlarla otlaq, kolluq və 3 ədəd tövlə yanıb.

Check Also

Xocalıda mina partlayışı: ANAMA əməkdaşı xidmət zamanı xəsarət alıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanov fevralın 18-də Xocalı rayonunun Muxtar kəndi ərazisində mina …