Bazar , 19 Yanvar 2025
Drone Cameras

Göyçayda hamilə qadın yaşadığı evdə qəfil dünyasını dəyişib

Göyçay rayonunun Çərəkə kəndində hamilə qadın yaşadığı evdə qəfil dünyasını dəyişib.

Boyukmillet.com “Report”un Yuxarı Şirvan bürosu na istinadən xəbər verir ki, kənd sakini, 26 yaşlı Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşib və o yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü məlum olub.

Qeyd edək ki, 8 aylıq hamilə F.Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Həkimlər onu müayinə edən zaman bətnindəki uşağın da öldüyünü aşkar ediblər.

F.Kərimovanın ölüm səbəbi hələ məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomoya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Check Also

DİN İmişlidəki qəzanın görüntülərini yayıb

Daxili İşlər Nazirliyi (DİN) İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb. Boyukmillet.com  xəbər verir ki, …