Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Göygöldə 43 yaşlı kişi mübahisə zəminində bıçaqlanıb, saxlanılan var

Göygöl rayonunun Bəhrəmbəy kəndində bıçaqlanma hadisəsi olub.

Boyukmillet.com xəbər verir ki, 1981-ci il təvəllüdlü Adil Arif oğlu Süleymanov mübahisə zəminində bıçaqlanıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Bayramov Ramin Məhəddin oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …