Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Göygöldə avtomobillər toqquşub, ölən var

Göygöl rayonunda yol qəzası baş verib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 21-də saat 16 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində kənd sakini Hümbət Nəzərlinin idarə etdiyi “Mercedes” markalı minik və Bakı şəhər sakini E.Baxşəliyevin idarə etdiyi “DAF” markalı qoşqulu yük avtomobilləri toqquşub. Nəticədə H.Nəzərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …