Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Güclü külək paytaxtda bir sıra fəsadlar törədib

Axşam saatlarında əsməyə başlayan külək paytaxtın bəzi ərazilərində bir sıra fəsadlar törədib.

Boyukmillet.com-un məlumatına görə, Sabunçu rayonunda ağacın budaqları qırılaraq yol kənarına düşüb.

Paytaxtın bəzi yerlərdə ağaclar güclü küləyin təsirindən kökündən qopub. Eləcə də digər yerlərdə ağacların budaqları avtomobillərin üstünə aşıb. Külək habelə bir sıra ərazilərdə ağacları yollara aşırıb. Nəticədə avtomobillərin hərəkətinə qısa müddətli maneələr yaranıb. Lakin maneələr qısa zamanda aradan qaldırılıb.

Qeyd edək ki, paytaxtda küləyin fəsadlarının aradan qaldırılması və şəhər əhalisinin təhlükəsizliyinin təminatı məqsədilə polis qüvvələri səfərbər olunub. Hava şəraitinə uyğun olaraq, xidmət gücləndirilib.

Check Also

Baş nazirdən taksilərlə bağlı YENİ QƏRAR

Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki …