Şərqi Azərbaycan əyalətinin Süngün mis mədəninin işçisi, ekofəal və işçi hərəkatı fəalı İsmayıl Heydəri həbs edilib.
Boyukmillet.com xəbər verir ki, o, Vərziqan şəhərinin prokuroru Yasin Xakpəraqinin qərarı ilə saxlanılıb.
Bildirilib ki, Heydəri ətraf mühitin mədən istismarçıları tərəfindən məhv edilməsinə, işçilərin işdən qovulmalarına etiraz etdiyi üçün həbs edilib.