Bazar , 19 May 2024
Drone Cameras

Güneyli hüquq müdafiəçisinə qarşı 5-ci cinayət işi açıldı

İran məhkəməsi hazırda Tehranın Evin həbsxanasında saxlanılan güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə qarşı son 6 ayda 5-ci dəfə olaraq yeni cinayət işi açıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə N.Məhəmmədinin adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

Məlumata görə, ona qarşı sonuncu şikayət Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən edilib.

Şikayətdə Nərgiz Məhəmmədinin Evin həbsxanasında siyasi fəaliyyətlərlə məşğul olduğu bildirilib.

“Ardıcıl cinayət işləri açmaq, təzyiq və təhdidlə məni susmağa məcbur edə bilməyəcəksiniz”, – Məhəmmədi həbsxanadan verdiyi bəyanatda bildirib.

Check Also

Güneyli milli fəal həbs edilib – FOTO

Bu gün səhər saatlarında səkkizə yaxın mülki geyimli hökumət muzdlusu Güney Azərbaycan Milli Hərəkatının fəalı …