Cümə , 10 May 2024
Drone Cameras

Günnüt zəfərinin üçüncü ildönümü qeyd olunub

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Günnüt əməliyyatının üçüncü ildönümü münasibətilə tədbir keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov çıxışlarında ordumuzun qüdrətindən və Günnüt əməliyyatının əhəmiyyətindən danışıblar. Bildirilib ki, 2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı qazanılan strateji yüksəklik və ərazilər Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi. Beləliklə, döyüş meydanında təcrübə qazanan ordumuz Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan tam azad etdi.

Uğurlu Günnüt əməliyyatının igid hərbi qulluqçularının da iştirak etdiyi tədbirdə ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub, əsgər və şagirdlər vətənpərvərlik ruhunda şeirləri bədii qiraət ediblər.

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …