Çərşənbə , 5 Fevral 2025
Drone Cameras

“Gürcü Arzusu” “Britaniya və Amerika qanunlarına bənzər” yeni qanunlar qəbul edəcəyini bildirib

Partiya sədrinin sözlərinə görə, xarici mənbələrdən medianın maliyyələşməsi məhdudlaşdırılacaq

“Gürcü Arzusu” medianın fəaliyyətini məhdudlaşdıran və senzura tətbiq edən yeni qanun qəbul etməyi planlaşdırır. Bu barədə “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinarazde bildirib.

Mdinaradzenin sözlərinə görə, sabah onlar “medianın obyektivliyi və jurnalist etikası standartlarını müəyyən edəcək, habelə onların monitorinqi və müdafiəsi üçün institusional mexanizmləri müəyyən edəcək” yeni qanun layihəsi üzərində işə başlayacaqlar.

“Xarici mənbələrdən medianın maliyyələşdirilməsi məhdudlaşdırılacaq”, – Mamuka Mdinaradze deyib.

“Gürcü arzusu” həm də “xarici agent haqqında” qanunun yeni variantını qəbul etmək niyyətindədir.

Mdinaradzenin sözlərinə görə, ötən il qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu çox sayda təşkilatın qeydiyyatına səbəb olmayıb, ona görə də yeni qanun qəbul ediləcək. Onun sözlərinə görə, bu yeni qəbul ediləcək  qanun Amerikanın hazırda qüvvədə olan qanununun tam analoqu olacaq.

Mdinaradze qeyd edib ki, yeni qanun qüvvəyə mindikdən sonra ötən il qəbul edilmiş “xarici agentlər haqqında” qanun ləğv ediləcək:

“Keçən il Nümayəndələr Palatası FARA-nın sadələşdirilmiş versiyasını qəbul etdi, onu tam tətbiq etməyə belə vaxtımız olmadı. Lakin, bildiyiniz kimi, qanunun qüvvəyə minməsinə baxmayaraq, xarici maliyyə alan onlarla ən varlı və ən böyük qeyri-hökumət təşkilatı hələ də reyestrdə qeydiyyatdan keçməyib. Beləliklə, biz onun yerinə yeni Amerika qanunu qəbul edəcəyik və onun tam şəkildə tətbiqini təmin edəcəyik”. 

Eyni zamanda, hökumət ictimai təşkilatların təşəbbüslərini maliyyələşdirmək üçün fond yaradacaq, bu məqsədlə qrantlar haqqında qanuna dəyişikliklər ediləcək.

Xarici deyil, gürcü xalqının maraqlarını təmsil etmək istəyən təşkilatlar hökumətdən qrant maliyyəsi ala biləcəklər.

Mdinaradze həmçinin təfərrüatları müzakirə etmək niyyətində olmadığını bildirib və maraqlı tərəflərə Amerika qanunvericiliyi ilə tanış olmağı tövsiyə edib.

2024-cü il mayın 28-də Gürcüstan Parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin veto qoymasına baxmayaraq, “Xarici agentlər haqqında” Qanunu qəbul edib

Sənəddə maliyyə vəsaitlərinin 20%-dən çoxu xaricdən gəlirsə, qeyri-kommersiya təşkilatlarının və KİV-nin müvafiq reyestrində qeydiyyata alınmasından bəhs edilir. 

Qeydiyyatdan keçməmək cərimələrlə nəticələnəcək.

Təşəbbüs Gürcüstanda kütləvi etirazlara səbəb olub. 

Bu etirazlar da Qərb dövlətləri tərəfindən dəstəklənib. 

Eyni zamanda, onlar Tbilisidən ya qanunu yenidən hazırlamağı, ya da ondan imtina etməyi tələb ediblər. 

Gürcüstan hakimiyyəti isə öz növbəsində Qərb ölkələrini onun suverenliyini məhdudlaşdırmaqda ittiham edib. 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, qanun ABŞ-da qüvvədə olan oxşar qanunun “yumşaq variantıdır”.

Aİ səlahiyyətliləri isə öz növbəsində hesab edirlər ki, sənəd vətəndaş cəmiyyəti təşkilatlarının və ayrı-ayrı şəxslərin hüquqlarını pozur.

Check Also

Rusiyada 10-dan çox məktəbə mina qoyulması barədə anonim məlumatlar daxil olub

Bu gün Rusiyanın Perm diyarında 10-dan çox məktəbə mina qoyulması barədə anonim məlumatlar daxil olub. …