Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Gürcüstan hökuməti prezidenti məhkəməyə verir

Gürcüstan hökuməti Prezident Salome Zurabişvili ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının bəyanatında bildirilib.

Sənəddə qeyd olunub ki, dövlət başçısı xarici siyasətin həyata keçirilməsi prosesində ölkə konstitusiyasını pozub və Konstitusiya Məhkəməsi bunu təsdiq etməlidir.

Hakim partiyadan bildirilib ki, son bir il ərzində prezidentin hökumətin irəli sürdüyü səfir və ya diplomatik nümayəndənin təyinatından imtina etməsi iə bağlı çoxsaylı hallar olub və bu da konstitusiya ilə kobud şəkildə ziddiyət təşkil edir.

Bəyanatda həmçinin vurğulanıb ki, dövlət başçısının hökumətlə razılaşdırılmadan xarici ölkələrə bir neçə səfəri də konstitusiyanın pozulmasıdır və hakim partiya buna siyasi cavabın verilməsini zəruri hesab edib.

“Gürcü Arzusu” S.Zurabişvilinin konstitusiyanı qəsdən pozması ilə bağlı şübhəsini gizlətməyib

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …