Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Gürcüstan parlamentinin deputatı Zaur Darğallı Elmar Həsənovu həbs etdirmək istəyir.

Gürcüstan Daxili İşlər Nazirliyi Bolnisi Rayon Polis İdarəsinin və Gürcüstan Baş Prokurorluğunun əməkdaşları 11 iyul 2021-ci il tarixdə Bolnisi rayonu, azərbaycanlılar yaşayan Faxralı kəndində, ictimai-siyasi xadim, Gürcüstan Türkləri Konfederasiyasının (GTK) Preizdenti Elmar Həsənovun evində axtarış apararaq, evdə kompyüter və smatfonlara baxış keçiriblər və onu həbs etməyə gəldiklərini bildiriblər. Bu məlumatı Elmar Həsənovun ailə üzvləri təsdiq ediblər.
Gürcüstan Türkləri Konfederasiyasının (GTK) Mətbuat xidmətindən isə bildiriblər ki, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallının rəsmi şikayəti əsasında Elmar Həsənov barəsində cinayət araşdırması başlayıb. Elmar Həsənov sosial şəbəkədə kompromat videoları paylaşmaqda ittiham edilir. Maraqlı olan isə odur ki, cinayət araşdırmasını Bolnisi rayon Polis İdarəsi aparır.

Etibarlı mənbələrdən məlum olub ki, Elmar Həsənovun həbs edilməsi üçün, Ermənistanın Baş Naziri Nikol Paşinyanın dostu, Gürcüstan Parlamentinin deputatı, erməni kökənli Qoqi Meşveliani hərəkətə keçib. Məqsəd Emar Həsənovun siyasi fəaliyyətini neytrallaşdırmaqdır. Erməni kökənli Qoqi Meşveliani Elmar Həsənvu şəxsi düşmanı kimi qəbul edir və hətta onun həbs edilib həbsxanada öldürülməsini dəfələrlə dilə gətirib. Faktiki olaraq Gürcüstanda soydaşlarımıza qarşı erməni kökənli deputatlar və onlarala içbirliyində olan bəzi azərbaycanlı siyasi xadimlər tərəfindən həbs dalğası başladılıb.

Elmar Həsənov isə bildirib ki, “10 iyun tarixində Bolnisi rayonu Hasanxocalı kəndi ərazisində, saat 21.30 radələrində şəxsi avtomobilinə minərkən İMEİ: 669236052663887 nömrəli, POCO X3 NFC markalı smatrfonunu itirib. Daha sonra isə həmin smartfona inteqrasiya edilmiş “Elmar Həsənli” feysbuk hesabında müxtəlif paylaşımlar edilib, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallının intim görüntüləri, digər videoda isə Marneuli Təhsil Şöbəsinin eks-rəisi Zabil Qocayevin hansısa müəllimə ilə seks videosu yayımlanıb.

Elmar Həsənov qeyd edib ki, bu paylaşımları başqa bir şəxs ona qarşı provkasiya məqsədi ilə edib. Bu hazırlanmış bir provakasiyadır: smartfonum ələ keçrilib və mənim feysbuk hesabımdan ona görə yayımlanıb ki, sonradan mənə cinayət işi açıb həbs etsinlər. Elmar Həsənov bir daha bildirib ki, feysbuk hesabından intim videoları başqa bir şəxs, məhz Qoqi Meşvelianinin adamı yayımlayıb və daha sonra silib. Həmin videolar Gürcüstan azərbaycanlılarının demək olar əksər hissəsinin smartfonunda var. İndi məni bələdiyyə seçkisi öncəsi həbs edib, siyasi fəaliyyətdən kənarlaşdırmaq istəyirlər. Bu provakasiyanın arxasında deputatlar azərbaycanlı Zaur Darğallı və erməni kökənli Qoqi Meşvelianı dururlar”

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …