Bazar , 11 Yanvar 2026
Drone Cameras

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Hazırda Gürcüstan həbsxanalarında Azərbaycanın 107 vətəndaşı cəza çəkir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin mart ayı üzrə hesabatında bildirilib.

Aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 1 nəfər azaıb. Onların 10-u ittiham olunan, 97-si isə məhkumdur. Məhkumların 3-ü yeniyetmədir.

Gürcüstanda probasiya nəzarətində saxlanılan 25 nəfər Azərbaycan vətəndaşı var. Onların sayı aylıq müqayisədə 5 nəfər azalıb. Həmin şəxslərin 22-si kişi, 3-ü qadındır.

Qonşu ölkədə ümumilikdə 531 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, probasiya nəzarətində isə 221 nəfər xarici ölkə vətəndaşı saxlanılır.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …