Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Gürcüstanda immiqrasiya vizası almaq üçün minimum 150 min dollarlıq əmlak tələb olunacaq

Gürcüstanda əmlak mülkiyyəti əsasında verilən D5 kateqoriyalı immiqrasiya vizası üçün tələblər sərtləşdirilib.

“Report”un yerli bürosunun məlumatına əsasən, hökumət bu vizanı əldə etmək üçün əcnəbi vətəndaşların Gürcüstanda dəyəri 150 min ABŞ dollarından çox olan daşınmaz əmlaka sahib olması barədə qərar qəbul edib.

Bundan əvvəl bu limit 100 min dollar idi.

Qanunvericiliyə görə, D5 vizası (kənd təsərrüfatı torpaqları istisna olmaqla) göstərilən məbləğdən artıq dəyəri olan daşınmaz əmlaka sahib şəxslərə, eləcə də onların həyat yoldaşı və uşaqlarına verilir. Əmlakın bazar dəyəri isə rəsmi qaydada akkreditə olunmuş qiymətləndirici tərəfindən müəyyən edilir.

D5 kateqoriyalı immiqrasiya vizası 1 il müddətinə verilir.

Yeni qaydalar artıq qüvvəyə minib və 1 mart 2026-cı il tarixindən sonra yaranan hüquqi münasibətlərə şamil edilir.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …