Çərşənbə axşamı , 13 May 2025
Drone Cameras

Gürcüstanda partlayış olub, azərbaycanlı yeniyetmə ölüb

Gürcüstanın Qardabani rayonunda məktəb yaxınlığında partlayış baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə zamanı 11 və 15 yaşlarında olan iki azərbaycanlı qardaş xəsarətlər alıb.

15 yaşlı uşaq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Partlayışın dəqiq səbəbi məlum olmasa da, uşaqların məktəbdən evə gedərkən yolda naməlum əşya tapdıqları və məhz həmin əşyanın partlayış yaratdığı bildirilir.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Check Also

“Meydan TV işi”ndəki müstəntiqin adı rüşvətdə hallanır

23 yaşlı müstəntiq Meydan TV əməkdaşlarına qarşı açılan cinayət işi üzrə istintaq qrupunun üzvüdür Turizm …