Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin hissələri Kayseridə tədqiq ediləcək

Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin hissələri Kayseri vilayətinə aparılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Bildirilib ki, hazırda hadisə yerində (Gürcüstanda) müvafiq qurumların əməkdaşları geniş araşdırma aparır, lakin araşdırma bitdikdən sonra təyyarənin qalıqları Kayseri vilayətində yerləşən hərbi bazaya gətirilərək burada tədqiq ediləcək.

Xatırladaq ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsindəki hərbçilərin hamısı – 20 nəfər həlak olub, onlardan 19-nun cəsədi tapılıb.

Qeyd edək ki, noyabrın 12-si gecə saatlarında hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib.

Check Also

Xocalıda mina partlayışı: ANAMA əməkdaşı xidmət zamanı xəsarət alıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanov fevralın 18-də Xocalı rayonunun Muxtar kəndi ərazisində mina …