Bazar , 8 Fevral 2026
Drone Cameras

Gürcüstanda “Xarici agentlər haqqında” qanuna qarşı iddialar birləşdiriləcək

Gürcüstan Prezidenti Salome Zurabişvili, müxalif deputatlar, eləcə də qeyri-hökumət təşkilatlarının “Xarici agentlər haqqında” qanuna qarşı Konstitusiya Məhkəməsinə təqdim etdikləri iddialar birləşdiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə məhkəmənin sədri Merab Turava məlumat verib.

“Hər üç iddiaya bir iş çərçivəsində baxılacaq. Bizə həm iddiaları oxumaq, həm də müqayisəli hüquqi araşdırma aparmaq üçün ən azı bir ay vaxt lazımdır”, – o bildirib.

“Xarici agentlər haqqında” qanuna qarşı irəli sürülən iddiaları öyrənmək və hüquqi qiymət vermək üçün Konstitusiya Məhkəməsinə minimum bir ay vaxt tələb olunacaq.

Check Also

ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməkdə maraqlıdır, lakin ABŞ …