Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Gürcüstanın Baş naziri: Heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz

Heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə planlaşdırılan təxribatlarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatını şərh edərkən deyib.

“Söhbət ölkəmizə xeyir arzulamayan siyasi qüvvələrdən gedir. Bu qüvvələr həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərir – “radikal müxalifət” və onların xarici himayədarları. Düşünürəm ki, belə hərəkətlər seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcək. Yaxşıdır ki, dövlət qurumlarımız və Dövlət Təhlükəsizlik Xidməti ayıq-sayıqdır”, – deyə İrakli Kobaxidze bildirib.

Check Also

Türkiyə MN Qara dənizdə dron hücumları ilə bağlı xəbərdarlıq edib

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə risk yaranmaması ilə bağlı tərəfdaşlarla danışıqlar aparır və zəruri xəbərdarlıqlar …