Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Gürcüstanın DTX rəhbəri istefa verib

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili istefa verib.

Boyukmillet.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

DTX-nin yeni rəhbəri ədliyyə naziri Anri Oxanaşvili olacaq, onun yerinə isə Paata Salia təyin olunacaq.

“Biz Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə Anri Oxanaşvilinin namizədliyini parlamentə təqdim edirik. Xatırladırıq ki, ədliyyə naziri vəzifəsini tutmazdan əvvəl Anri Oxanaşvili uzun illər Gürcüstan parlamentinin deputatı və Hüquq Məsələləri Komitəsinin sədri olub”, – o qeyd edib.

İ.Kobaxidze hökumətdəki kadr dəyişiklikləri barədə məlumat verib. Belə ki, Gürcüstanda Regional İnkişaf Nazirliyi yaradılacaq və ona Q.Liluaşvili rəhbərlik edəcək.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq …