Bazar , 20 İyul 2025
Drone Cameras

Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına mərmi düşüb

Gürcüstanın Tel-Əvivdəki səfirliyinin yaxınlığına mərmi düşüb.

Boyukmillet.com gürcü KİV-ə istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbukdakı bəyanatında deyilir.

“Bu gün səfirliyin yerləşdiyi binanın yaxınlığına mərmi düşüb”, – məlumatda qeyd olunub.

Qeyd olunub ki, bina zədələnməyib. Ölən və yaralananlar barədə də məlumat verilməyib.

Diplomatik nümayəndəlik İsrail təhlükəsizlik xidmətlərinin təlimatlarına uyğun olaraq fəaliyyətini davam etdirir. İsraildə olan Gürcüstan vətəndaşlarına yerli hakimiyyət orqanlarının göstərişlərinə ciddi şəkildə riayət etmələri tövsiyə olunur.

Check Also

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxa və sanksiya təzyiqi artdığı təqdirdə uranı 60 %-dən …