Cümə , 27 Mart 2026
Drone Cameras

Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu müxalifəti maliyyə mənbələrini gizlətməkdə ittiham edib

Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu müxalifəti maliyyə mənbələrini gizlətməkdə ittiham edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə büro məlumat yayıb.

Məlumatda “Avropa Gürcüstanı”, “Agmashenebeli Strategy”, “Vahid Milli Hərəkat”, “Qirçi – daha çox azadlıq”, “Güclü Gürcüstan” (“Gürcüstan üçün Lelo”, “Xalq Naminə”, “Azadlıq Meydanı” və “Vətəndaşlar” partiyalarının birliyi), “Droa” “Axali” partiyalarının adı çəkilib.

“Onların seçki kampaniyaları və fəaliyyəti xarici donor təşkilatları və ya bu siyasi partiyalarla əlaqəli QHT-lərə pul ödəyən digər mənbələr tərəfindən maliyyələşdirilə bilər”, – məlumatda deyilir.

Qeyd edək ki, bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Bürosu bütün seçki subyektlərindən cari ilin 8 ayı üzrə maliyyə vəziyyətini göstərən sənədləri təqdim etməyi tələb edib.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …