Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Gürcüstanın tanınmış azərbaycanlı jurnalisti vəfat edib

Gürcüstanın Əməkdar mədəniyyət işçisi, tanınmış azərbaycanlı jurnalisti, sair-publisist Nəsib Nəsibov vəfat edib.

Boyukmillet.com xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

“Şərəf” ordenli N.Nəsibov Gürcüstanda nəşr olunan azərbaycandilli “Gürcüstan” qəzetinin keçmiş şöbə müdiri olub.

N.Nəsibov gürcü şair və yazıçıların bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib, “Gürcücə-azərbaycanca lüğət” kitablarının həmmüəllifi olub.

Allah rəhmət etsin!

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …