Cümə , 22 Noyabr 2024
Drone Cameras

Həbsdə olan tanınmış MMA döyüşçüsü azadlığa çıxıb

Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə tanınmış idmançı Vüqar Kərəmov azadlığa buraxılıb.

Boyukmillet.com xəbər verir ki, cəza müddəti başa çatan Vüqar Kərəmov saxlandığı İstintaq Təcridxanasından sərbəst buraxılıb. Onunla birgə ittiham olunan Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov və Rüfət Əsədov bir neçə gün qabaq azadlığa çıxıb.

Qeyd edək ki, hadisə ötən il Səbail rayonu ərazisində baş verib.
İttihama görə, təqsirləndirilən idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb. Bu il yanvarın 31-də Ruslan Əfəndiyev və onun tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbs qətimkan tədbiri seçilib. Tofiq Musayev və Mehman Məmmədov istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Daha sonra təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Səbail rayon Məhkəməsinin hökmü ilə Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev, Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tofiq Musayev isə 1500 manat miqdarında cərimə edilib.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …