Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Həkimlər COVID-19 testindən keçərkən yol verilən səhvləri açıqlayıb

Virusoloqlar koronavirus testinin nəticəsinin səhv çıxmaq riskini azaltmaq üçün hansı qaydalara riayət edilməli olduğunu bildiriblər.

Boyukmillet.com RBK-ya istinadən xəbər verir ki, ən yüksək kateqoriyalı həkim-terapevt Tatyana Romaşenko testdən əvvəl qida qəbul etməməyin və ağızı antiseptik məhlulla yaxalamamağın zəruri olduğunu vurğulayıb.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Qalina Kojevnikova isə xəstənin başqa addımlarının da COVID-19 testinin nəticəsinin yanlış olmasına təsir edə biləcəyini açıqlayıb.

“Üç saat ərzində insan nə içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır”, – virusoloq xəbərdar edib.

Biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin professoru Aleksey Aranovski qeyd edib ki, nümunələrin hazırlanma keyfiyyətinin özü də test nəticələrinə təsir edə bilər.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …