Cümə , 22 Noyabr 2024
Drone Cameras

Həkimlərin fəaliyyəti ilə bağlı monitorinqlər keçiriləcək, uğur qazanmayanların əlavələri dayandırılacaq

“Həkim və tibb mütəxəssislərinin əmək fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinq komissiyasının yaradılması nəzərdə tutulub”.

Boyukmillet.com xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumun açılış mərasimində deyib.

Qurum rəsmisi qeyd edib ki, komissiya tərəfindən həkim mütəxəssislərə 6 ay ərzində monitorinq keçiriləcək: “Monitorinqdən müvəffəqiyyətlə keçən həkimlərə həvəsləndirici əlavələrin ödənilməsi 2024-cü ilədək uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərə əlavələrin ödənilməsi dayandırılacaq”.

V.Qurbanov vurğulayıb ki, monitorinqlər zamanı həkimlərin peşəkarlığı və şəxsi keyfiyyətləri əsas götürüləcək.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …